“Mən buradan bir-iki aparıcıya demək istəyirəm ki, rahat olun. Mənim bu işim olmasa belə, başqa yerdən qazancım var. Amma siz heç vaxt efirə qayıtmayacaqsınız”.
“Yeni Sabah” xəbər verir ki, bunu aparıcı-prodüser Tarix Əliyev (Tolik) deyib.
O, verilişi bağlanan bəzi aparıcıları tənqid edib:
“Ətrafınızdakı bir-iki nəfər var ki, mənimlə bu mövzuda danışmısınız. Mən heç olmasa olduğum yerdə öz ritorikamı qoruyuram, amma sizin it dəftərində də adınız yoxdur. Yazıqlar olsun sizə. Bax, belə vəziyyətə düşməyiniz təsadüfi deyil. Allah sizin başınızdan vurub. Bilirsiniz niyə bu vəziyyətə düşdünüz? Çıxıb özünüzü böyük hesab etdiniz, düşündünüz ki, sizdən üstünü yoxdur. Bu gün isə cəmiyyət içinə çıxa bilmirsiniz, dəvət olunan yerlərə gedə bilmirsiniz, insanların arasına qarışa bilmirsiniz. Çünki kompleksiniz var. Yaxşı bilirsiniz ki, siz yalnız efirdə olduğunuz zaman lazım idiniz. İndi isə heç kimə lazım deyilsiniz.”
Aydan Hacı
Telegram kanalımız