Tolik Mikayılı ələ saldı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tolik Mikayılı ələ saldı - Foto

Şou

24 Sentyabr 2020 12:34 2221


Tanınmış aparıcı Mikayıl Güləddinoğlunun “Evdə repə, caza qulaq asıram” fikirləri müzakirələrə səbəb olub:

“Maşınıma birinci dəfə əyləşən hamı təəccüblənir. Çünki görürlər ki, avtomobillimdə Nino Rotanı, repi, cazı, simfoniyanı dinləyirəm. Bu onlara qəribə gəlir. Anlamırlar ki, ekranda mən başqayam, həyatda isə tam fərqliyəm. O mənim işimdir, bu isə ruhum. Ya da ki, evə çox yorğun gedəndə dərhal Markesdən bir-iki səhifə oxuyuram, sonra öz-özümə Ramiz Rövşəndən şeir deyib rahatlaşıram. Bir sözlə efirdəki sintezator, "toyxana" səsi mənim işimdir. O ruhum ola bilməz”.

Yenisabah.az xəbər verir ki, onun həmkarı Tarix Əliyev (Tolik)  də məsələyə reaksiya verənlər sırasında olub. Tolik sosial şəbəkə hesabında nə caza, nə də repə qulaq asdığını deyib: Dominos pizza

“Şəxsən nə rep, nə də “jazz” dinləyirəm. Nə yalan deyim. Hamı necə mən də elə”.

O, izləyicilərinə “Mikayıl repə, caza qulaq asır. İnandınız, ya yox?” -deyə sual ünvanlayıb.

Sorğuda iştirak edənlərin 71 faizi Mikayıla inanmadığını qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!