Tolik və Kamil Türkiyədə mükafat aldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Tolik və Kamil Türkiyədə mükafat aldı - Fotolar

Şou

23 İyun 2021 11:31 1253


Tanınmış prodüser-aparıcı Tarix Əliyev (Tolik) və idmançı Kamil Zeynallı Türkiyədə mükafata layiq görülüblər.

Yenisabah.az xəbər verir ki, onlar pandemiya dövründə aztəminatlı ailələrə, Vətən müharibəsində isə ön cəbhəyə etdiyi yardımlara görə nüfuzlu Türk Media Group "News Time Media Group"un idarə heyəti başçısı Əminə Mirzəyeva və "News Time Media Group"un baş redaktoru Kərim Akbaş tərəfindən mükafat sertifikata layiq görülüblər.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən Tolik ona yardımlar üçün maddi köməklik edən hər kəsəb təşəkkür edib: Dominos pizza

 “Çox sağ olsun Kərim bəy və Əminə xanım ki, Türkiyədə belə bu mükafatı verəndə bizi də yaddan çıxartmayıblar. Məncə, Kamil başda olmaqla bütün ürəyində mərhəmət olan kəslərin uğuruna sevinmək lazımdır. Mən bu mükafatı mənə dəstək olub mənə maddi köməklik edən Azərbaycan xalqının sayəsində almışam. Çox sağ olun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!