Tolik “Xəzər“dən getdi - “Əlinizə xına çəkməyə...“

saytların hazırlanması

Evə çatdırılma

Tolik “Xəzər“dən getdi - “Əlinizə xına çəkməyə...“

Şou

07 Oktyabr 2021 14:54 1628


"Nəhayət, 5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma "Xəzər"imizdən ərizəmi yazaraq uzaqlaşıram”.

Yenisabah.az xəbər verir ki, bu sözləri prodüser, aparıcı Tarix Əliyev (Tolik) deyib. 

O, “Xəzər” telekanalı ilə yollarını ayırdığını qeyd edib: pizza hut

"Məni sizə daha yaxından tanıtdıran doğma "Xəzər"imizdən ərizəmi yazaraq uzaqlaşıram. Bu müddət ərzində ola bilər ki, hansısa yanlışlıqlarım olub. Peşəkar aparıcı və jurnalist olmasam da, bu illər ərzində bir çox peşəkar aparıcıların qarşısına çıxıb onlarla rəqabətdə öz sözümü deməyi bacardım. Bunu kim dansa da, televiziya əməkdaşları çox yaxşı bilir. Siz tamaşaçıların mənə olan sevgisi və göstərdiyi diqqət sayəsində sözümü deməyi bacardım. Çünki hər aparıcı tamaşaçı sevgisini qazana bilmir”.

Tolik bəzi həmkarlarının bostanına daş atmağı da unutmayıb:

“Baxmayaraq ki, Murad müəllim (Murad Dadaşov – red.) vəzifəyə gələn gün "Hər şey daxil" verilişi bağlandı, amma mən bu günə qədər "Xəzər" kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı alırdım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət maaşımı alacaqdım. Buna görə də, ayrıca Murad müəllimə təşəkkür edirəm. Bundan sonra atdığım atdım mənim izləyicilərimi və məni çox sevindirəcək. Təsadüfən efirdə olan qısa müddətli “aparıcılar”. Əlinizə xına çəkməyə tələsməyin. Sevinciniz çox çəkməz. Əkizlər bürcü hər zaman istədiyinə nail olmağı bacarır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Camaat gece gündüz işləyir maasi kesilir bu işləmir neçə vaxtdı verlisdə bağlanıb hele utanmadan deyirki bu günə kimi maasimi alırdım.Ay Dunya tersine niye gedirsen? Murad efendi kanalın pulu çoxdursa əməkdaşlarının maaşların qaldır.Onsuzda bu gün TV-lərdə mama,papa emi dayı o bu tapsiranlar işləyir.televizyoncikler ise beləcə qalib kənarda.buna görəde efirlerimiz bu gündədir.
    5 years ago