Tolik “Xəzər”dən getmək xəbərindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Tolik “Xəzər”dən getmək xəbərindən danışdı

Şou

29 Avqust 2020 13:37 2911


Mətbuatda prodüser Tarix Əliyev və aparıcı Zaur Kamalın “Xəzər” televiziyasından uzaqlaşdırıldığı məlumatı yayılıb. Onların Dalğa TV-də fəaliyyət göstərəcəkləri deyilir.

Yenisabah.az-a danışan teleaparıcı Tarix Əliyev (Tolik) yayılan məlumatları təkzib edib. 

O, hazırda “Xəzər” televiziyasında, işinin başında olduğunu bildirib:  Dominos pizza

“Kim nə istəyir yayır. Bu məlumatı haradan əldə ediblər? Zəng edib “Xəzər” telekanalının mətbuat xidmətindən soruşsunlar. Gündə bir şey deyirlər. Bizə deyiblər ki, bu haqda danışmayın. Kimin ağlına nə gəlir gecə ilə durub yazır. Mən bu dəqiqə işdə, otağımdayam. Kimin nə sifarişi oldu yazdırır, mən o xəbəri yayanların kim olduğunu da yaxşı bilirəm, sadəcə buna əhəmiyyət vermirəm. Qoy düşmənlər sevinsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!