Tramp ABŞ-nin tezliklə İran üzərində qələbə qazanacağını bəyan etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp ABŞ-nin tezliklə İran üzərində qələbə qazanacağını bəyan etdi

Dünya

04 Sentyabr 2026 01:19 35


ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların tezliklə İran üzərində qələbə qazanacağını bildirib və Tehranın nüvə silahına malik olmamasının vacibliyini vurğulayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Tramp "GB News" telekanalına müsahibəsində deyib.

"Biz qalib gələcəyik, bu, tezliklə olacaq, çünki biz artıq qalib gəlmişik, axı onların nüvə silahı ola bilməz", - Amerika lideri bildirib. Dördpendirli pizza

Trampın sözlərinə görə, ABŞ-nin İrana zərbələr endirmək qərarı olmasaydı, Tehran guya iki və ya dörd həftə sonra nüvə silahı əldə edə bilərdi. ABŞ Prezidenti iddia edir ki, bu müddət indi 25 ilə qədər uzanıb.

"Mən düzgün hərəkət etdim", - Tramp əlavə edib.

O həmçinin bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatı uğurla həyata keçirir və Hörmüz boğazına nəzarət edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!