ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində ötən il baş tutmuş ikitərəfli görüş zamanı əldə etdiyi bəzi razılaşmalardan imtina edə bilər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Axios" portalının öz mənbələrinə istinadən dərc olunan materialında qeyd olunur.
Qeyd olunub ki, Tramp bu barədə Fransada keçirilmiş "Böyük yeddilik" (G7) sammitində xarici liderlərə bildirib. pizza mizza
"Sammitdə iştirak edən iki məmur bildirib ki, Tramp Putinlə bağlı məyusluğunu ifadə edib və hətta Ankoric razılaşmalarından imtina edə biləcəyinə işarə edib", - deyə məqalədə bildirilir.
Nəşrin mənbəsinin sözlərinə görə, Trampın skeptik yanaşmasına baxmayaraq, digər G7 liderləri onun bu istiqamətdə həqiqətən hansısa addım atacağına inanmırlar.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya və ABŞ prezidentləri Ankoricdə Ukraynada nizamlanma ilə bağlı yekun razılaşmalar əldə etməyiblər.
2025-ci il avqustun 15-də Ankoric yaxınlığındakı hərbi bazada Rusiya və ABŞ liderlərinin görüşü keçirilib. Danışıqların yekunlarına dair mətbuat üçün bəyanatında Putin Ukraynadakı münaqişənin nizamlanmasının sammitin əsas mövzusu olduğunu bildirib. O, ABŞ ilə ikitərəfli münasibətlərdə yeni səhifə açmağa və əməkdaşlığa qayıtmağa çağırıb, həmçinin Trampı Moskvaya dəvət edib. Öz növbəsində Ağ Evin sahibi danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib, lakin tərəflərin bütün məsələlər üzrə razılığa gələ bilmədiyini qeyd edib./Oxu.az
Telegram kanalımız