Tramp: İranla müqavilə çox güclü olacaq

saytların hazırlanması

Evə çatdırılma

Tramp: İranla müqavilə çox güclü olacaq

Dünya

17 İyun 2026 15:39 253


ABŞ Prezidenti Donald Tramp İranla müqavilənin "çox güclü" olacağını bildirib.

"Yeni Sabah" xəbər verir ki, İran və ABŞ iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılan memorandumun tamamlandığını təsdiqləyiblər.

Memorandumun Hörmüz boğazını açacağı gözlənilir. Pepperoni pizza

İran Xarici İşlər Nazirliyi qeyd edib ki, Tehran və Vaşinqton yekun müqavilənin hazırlanması üçün memorandumun imzalanmasından sonrakı 60 gün ərzində danışıqlar aparmalıdırlar.

"Onların heç vaxt nüvə silahı olmayacaq. Buna görə də bu, çox, çox güclü bir müqavilədir. Bu, çox güclü bir müqavilədir. Heç kim bunun nə olduğunu bilmir. Bu, çox güclüdür və insanların əksəriyyəti bundan çox məmnun görünür", - deyə Tramp Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə ikitərəfli görüşdə bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!