Trampdan İranla bağlı sensasion açıqlama: “Tamamilə məhv edilib”

saytların hazırlanması

Evə çatdırılma

Trampdan İranla bağlı sensasion açıqlama: “Tamamilə məhv edilib”

Dünya

28 Sentyabr 2026 15:34 96


ABŞ Prezidenti Donald Tramp İranın nüvə imkanlarının tamamilə məhv edildiyini bildirib. O, İranın nüvə silahı əldə etməsi ilə bağlı artıq narahatlığa ehtiyac olmadığını deyib.

“Yeni Sabah” xəbər verir ki, ABŞ-İran müharibəsində 7 ay geridə qalıb. Müharibənin təsirləri, xüsusilə neft qiymətlərindəki artım başda olmaqla, dünya iqtisadiyyatında da hiss olunur. İran ABŞ Prezidentinə atəşkəs təklifi göndərib. Lakin Donald Tramp bu təklifi qəbul etmədiyini açıqlayıb. Daha sonra kameralar qarşısına keçən Tramp müharibənin gedişi və İranın nüvə imkanları ilə bağlı danışıb.

ABŞ Prezidenti İranın nüvə imkanları barədə belə deyib: pizza hut

“İranla bağlı nüvə silahlarından artıq narahat olmağa ehtiyac yoxdur. Nüvə gücü tamamilə məhv edilib”. Tramp ölkədə qiymətlərin vəziyyətinə də toxunub. O bildirib ki, neft istisna olmaqla, qiymətlər aşağı düşür.

“Qiymətlər neft istisna olmaqla, aşağı düşür. Neftin qiyməti də Bayden dövründəkindən daha aşağı səviyyədədir”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti ölkənin iqtisadi vəziyyətindən də danışıb:

“Ölkəmizin tarixindəki ən yüksək inflyasiya göstəricisini miras aldıq və bu göstərici sürətlə aşağı düşür. Pensiya fondları və birjalar bütün dövrlərin ən yüksək səviyyəsindədir. Ölkəmiz həqiqətən çox yaxşı vəziyyətə doğru gedir”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!