İranın Birləşmiş Millətlər Təşkilatındakı missiyasının üzvü Nasir Əsədi ölkəsində kəskin tənqid və etiraz hədəfi olub.
“Yeni Sabah” xəbər verir ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında ABŞ Prezidenti Donald Trampın çıxışı o, zaldan çıxmadığına görə az qala milli qəzəbə tuş gəlib.
Sosial media müzakirələri zamanı bir çoxları onun şəxsiyyəti barədə belə məlumatsız olduğunu vurğulayıb. pizza hut
Nasir Əsədi Mahmud Əhmədinejad hökumətində xarici işlər naziri vəzifəsini tutmuş Mənuçöhr Müttəkinin kürəkəni və İmam Sadiq Universitetinin məzunudur. Xeyli müddətdir ki, Nyu-Yorkda, İranın BMT missiyasında çalışır.
İslam Respublikasındakı bəzi sərt xətt tərəfdarları N.Əsədinin ABŞ Prezidentinin çıxışı zamanı sessiyada iştirakını Vaşinqtonun Tehran əleyhinə mövqelərinin normallaşması kimi yozub. Lakin “Rəsmi missiya üzvünün auditoriyada qalması tamamilə şəxsi qərar hesab edilə bilməz”, - deyə əks rəy bilidirərək etiraz bildirən şəxslər də azlıqda deyil.
Əziz Rzazadə
Telegram kanalımız