ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib.
"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.
Diplomatdan Trampın imtinasının İranın mümkün razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə əmin olmaması ilə bağlı olub-olmadığı soruşulub. Sezar pizza
"Qismən belədir. Onlar əvvəlki razılaşmanın şərtlərini yerinə yetirməyiblər", – deyə Uolts vurğulayıb.
Bununla yanaşı, Uolts Vaşinqtonun yaxın perspektivdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazır olub-olmadığı barədə suala cavab verməkdən yayınıb.
"Mən prezidentin qabağına keçməyəcəyəm", – deyə amerikalı diplomat qeyd edib.
Qeyd edək ki, daha əvvəl Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı planını rədd etdiyini açıqlamışdı.\"Report"
Telegram kanalımız