Trampın iştirak etdiyi tədbirdəki silahlı insidentlə bağlı   YENİ DETAL ÜZƏ ÇIXDI

saytların hazırlanması

Evə çatdırılma

Trampın iştirak etdiyi tədbirdəki silahlı insidentlə bağlı YENİ DETAL ÜZƏ ÇIXDI

Dünya

26 Aprel 2026 19:38 122


Vaşinqtonda prezidentin də iştirak etdiyi tədbirdə atəş açan şəxsin silahı son illər ərzində qanuni şəkildə əldə etdiyi bildirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ-nin ədliyyə naziri və baş prokuror səlahiyyətlərini icra edən Todd Blanş CNN telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, şübhəli bir neçə il ərzində əldə etdiyi silahları qanuni yolla alıb.

Daha əvvəl bildirilib ki, saxlanılarkən şübhəlinin üzərindən bir neçə silah tapılıb. Polisin məlumatına görə, o, ov tüfəngi, tapança və bir neçə bıçaqla silahlanmış olub./Oxu.Az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!