Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

TRT Ermənistan təxribatlarının səbəbini açıqladı: “Bəzi ölkələrin dəstəyi ilə...”
26 İyl 2021 08:19
4458

TRT Ermənistan təxribatlarının səbəbini açıqladı: “Bəzi ölkələrin dəstəyi ilə...”

Türkiyənin “TRT Haber” telekanalı təhlükəsizlik qaynaqlarına istinadən Ermənistanın “qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri döndüyünü” bildirir. 

“Yeni Sabah” xəbər verir ki, telekanal bu məlumatı Azərbaycan-Ermənistan dövlət sərhədi boyu son günlər erməni tərəfinin qızışdırıcı əməllərinin artması ilə bağlı yayıb. Lakin mənbə olaraq hansı ölkənin-Türkiyənin, yaxud Azərbaycanın təhlükəsizlik qaynaqlarından  söhbət getdiyi dəqiqləşdirilmir.

“Təhlükəsizlik qaynaqları sərhəddə baş verən son atışmaları Ermənistanın qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri dönməsinin göstəricisi kimi qiymətləndirir”,-məlumatda bildirilir.

“Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə Ermənistan bu təxribatlara əl atır”,-mənbələr deyib.

Həmin qaynaqlar Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın müdafiə naziri Vaqarşak Arutyunyanın yerinə Baş qərargah rəisinin müavini, general Arşak Karapetyanı təyin etdiyini xatırladıb. Karapetyanın “sərt mövqeli general olduğunu” bildirib.

“TRT Haber”-ə danışan mənbələr xatırladıb ki, Azərbaycan işğal edilmiş torpaqlarını Vətən müharibəsi nəticəsində geri qaytarıb, amma Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində ixtilaflar davam edir. Mənbələr deyiblər ki, Azərbaycan prezidenti İlham Əliyevin sülh və dialoq çağırışlarına Ermənistan tərəfi konstruktiv cavab vermir.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər