Xalq artisti Tünzala Ağayeva “ADAB Production”un dəstəyi ilə yeni layihəsini təqdim edib.
Yenisabah.az xəbər verir ki, pop ulduz bu dəfə “Bu yay” mahnısı üçün kamera qarşısına keçib.
O, yeni klipini yayımlayıb. Ağayevanın çəkdirdiyi ekran işinin rejissoru Azər Cəfərdir. pizza sifarişi
Xalq artistinin klipdəki geyim obrazları Elnarə De Birbuetə aiddir. Onun saçı və makiyajı üzərində isə stilist Sabir çalışıb.
Qeyd edək ki, mahnının söz və musiqisi Camal Qurbanov və Səbinə Mirzzəyə məxsusdur. Sözügedən layihə artıq bütün musiqi platformalarında, eləcə də Xalq artistinin şəxsi “Youtube” kanalında yerləşdirilib.
Telegram kanalımız