Xalq artisti Lənkəranı belə coşdurdu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Lənkəranı belə coşdurdu - VİDEO

Şou

17 Sentyabr 2024 12:07 2293


Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib.

Yenisabah.az xəbər verir ki, tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib.

“Məktəbim” layihəsinin səfiri olan pop ulduz bu dəfə Lənkəranda tamaşaçılarının qarşısına çıxıb. Ən sevilən hitlərini səsləndirən müğənnini lənkəranlılar böyük coşğu və izdihamla qarşılayıblar. pizza mizza

Pərəstişkarları pop ulduzla mahnıları birlikdə əzbər söyləyiblər. Qırmızılara bürünən estrada ulduzu dinləyicilərinə xoş anlar yaşadıb.

Qeyd edək ki, pop ulduzun sözügedən layihə çərçivəsində növbəti çıxışı sentyabrın 19-u Sumqayıt şəhərində baş tutacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!