Türk Lirəsi ucuzlaşıb

saytların hazırlanması

Evə çatdırılma

Türk Lirəsi ucuzlaşıb

İqtisadiyyat

24 Mart 2019 14:17 1285


Dollar/TL (Türk Lirəsi) məzənnəsi 7% yüksələrək  5.8460-a qədər qalxıb. 

Avro da 5% artımla 6.22-dən 6.52-yə yüksəlib.  

Türkiyə Mərkəzi Bankının həftəlik repo tenderlərinə bir müddətə fasilə veriləcəyini açıqlamasının ardından Dollar/TL məzənnəsi bir qədər geriləyib. Məzənnə 5,4% artımla 5.7630 lirədən bağlanıb.  pizza mizza

Bir çox inkişaf edən ölkənin pul vahidi dollar qarşısında dəyər itirib. Qlobal iqtisadi inkişaf narahatlıqları, Brexit qeyri-müəyyənliyi kimi risklər Fed-in son iclasından sonra yaranan müsbət havanın dağılmasına səbəb olur. 

ABŞ Mərkəzi Bankının (Fed) 2019-cu ilin sonuna qədər faiz artırmayacağı mesajı verməsilə Türkiyədə dollar 1%-in üzərində düşərək 5.48-dən 5.40-a qədər geriləmişdi. Ancaq məzənnə bu səviyyələrdə qala bilməyərək yenidən yüksəlib.

ABŞ Prezidenti Donald Trampın Golan təpəsi ilə əlaqədar açıqlamalarından sonra Türkiyə ilə ABŞ arasında gərginliyin artacağı ehtimal edilib. Bu ehtimal da məzənnə üzərində təzyiq yaradır. Eyni zamanda, Türkiyənin Rusiyadan S - 400 alması iki ölkənin münasibətlərini pisləşdirir.

Digər tərəfdən xarici investorlar Türkiyədə keçiriləcək seçkidən öncə Türk lirəsini satıb dollar alırlar. Xarici sərmayəçilər seçkidən sonra pul siyasətinin yumşaldılacağını, faizlərin aşağı salınacağını, bununla da Lirənin daha da ucuzlaşmasına səbəb olacağını gözləyirlər. 

Marja.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!