Türkiyəli nazirlər Mikayıl Cabbarovla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli nazirlər Mikayıl Cabbarovla görüşdü

Siyasət

05 Mart 2025 22:54 309


Ankarada Türkiyənin iqtisadiyyat naziri Ömər Bolat və maliyyə naziri Mehmet Şimşək ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş olub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı nazir Ömər Bolat özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə ölkəmizdə olan Azərbaycan Prezidenti İlham Əliyevin səfəri çərçivəsində Ankarada cənab Cabbarovla görüşdük. Görüşümüz zamanı ikitərəfli iqtisadi və ticari əlaqələrimizin daha da yüksəldilməsini, yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik. Bu gün açılışı olan Naxçıvan Təbii Qaz Kəməri Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirdi” - deyə, paylaşımda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!