Türkmən qazını Avropaya nəql etmə - Türkiyənin yeni planı

saytların hazırlanması

Evə çatdırılma

Türkmən qazını Avropaya nəql etmə - Türkiyənin yeni planı

Dünya

19 Noyabr 2022 13:17 886


Ankara Türkmənistandan Avropaya tranzit təbii qaz tədarük etməyə hazırdır.

Yenisabah.az “Neytral Türkmənistan”a istinadla xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop danışıb.

Nəşrin məlumatına görə, parlamentin spikeri ölkələr arasında ticarət-iqtisadi sahədə əlaqələrin qurulması üçün geniş perspektivlərin olduğunu qeyd edərək, Türkiyənin Türkmənistan təbii qazını tranzitlə Avropaya tədarük etməyə hazır olduğunu bildirib. Pepperoni pizza

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlinə planlaşdırılan Aşqabada səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə ölkəsində qaz mərkəzinin yaradılmasını müzakirə etməyi planlaşdırır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!