Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışına qoşulanlar arasında müğənni Afət Fərmanqızı da var.
Yenisabah.az xəbər verir ki, ifaçı koronavirusa görə 200 ədəd lavaş tədarükü görüb. Sosial şəbəkədə görüntüləri paylaşan A.Fərmanqızı bunu evdən çıxmamaq üçün etdiyini bildirib:
"Oğlumun otağı boşdur deyə, 200 ədəd lavaş tədarükümü görmüşəm, yığmışam bura. Mənə qəti qorxusu yoxdur. Tupoylar elə biləcək ki, qarnım üçün edirəm. Əsla, evdən çıxmamaq üçün edirəm.Marketlərdə bolluqdur, sadəcə evdən çıxmayaq deyə mən #evdəqal kompaniyasına belə qoşulmuşam. Başqa yolum yoxdur. Evdəyəm, heç yerə də çıxası deyiləm. 3 aylıq çörəyim var. Sonra Allah kərimdir. Əsas çörəkdir. Kimin ehtiyacı olsa, bölə bilərəm". Dördpendirli pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız