Türkiyənin tanınmış iş adamlarından olan Rahmi Koç barəsində araşdırma başladılıb.
“Yeni Sabah” xəbər verir ki, buna səbəb onun İzmirdə fəaliyyət göstərən xəstəxananın açılış mərasimində danışdığı lətifə olub.
Koçun lətifəsi bu olub: “Həkim kürd qadının səhhəti ilə bağlı problemini dinləyir, sonra deyir: “Xanım, xahiş edirəm pərdənin arxasına keçib soyunun”. Qadın cavab verir: “Doktor, əvvəlcə sən soyun”. Dördpendirli pizza
Rahmi Koçun kürd qadınları ilə bağlı lətifəsi sosial şəbəkələrdə ciddi narazılıq yaradıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, görüntülərdə bir iş adamının qadınları və müəyyən etnik kimliyə mənsub vətəndaşları hədəf aldığı qənaətinə gəlinən ifadələri ilə bağlı İzmir Respublika Prokurorluğu öz təşəbbüsü ilə istintaq aparır.
Nazir vurğulayıb ki, ədalət heç kimin sərvətinə, tituluna və ya statusuna görə fərqli yanaşmır:
“Qadınların şərəf və ləyaqətini alçaldan, cəmiyyətin həssas yanaşdığı məsələlərlə uzlaşmayan ifadələr kim tərəfindən səsləndirilməsindən asılı olmayaraq qəbuledilməzdir. Bu cür sözlərin lətifə və ya yumor adı altında deyilməsi də vəziyyəti dəyişmir”.
Qeyd edək ki, Rahmi Koç sonradan səsləndirdiyi lətifə ilə bağlı üzr istəyib.
Aydan Hacı
Telegram kanalımız