UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi
03 Dek 2020 21:31
474

UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.

Yenisabah.az xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq matçların ölkədə keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı ləğv edib.

Bu addım noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq atılıb.

Qeyd edək ki, qərar Azərbaycanla yanaşı, Ermənistana da şamil edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər