UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Yenisabah.az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda Niderland "Feyenoord"nu məğlub edən İtaliya "Roma"sı titula sahib çıxıb.
Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən matçın taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo "canavarlar"a qələbə qazandırıb.
Telegram kanalımız