UEFA təxribatçı Mxitaryanı niyə cəzalandırmır?  - AÇIQLAMA
03 Dek 2020 18:00
737

UEFA təxribatçı Mxitaryanı niyə cəzalandırmır? - AÇIQLAMA

Qələbəmizlə başa çatan Qarabağ döyüşləri zamanı Ermənistan yığmasının üzvü Henrix Mxitaryan və bacısı Monika sosial şəbəkələrdə seperatçı paylaşımlar edirdilər.

Monika Dağlıq Qarabağın tarixi erməni torpaqları olduğunu iddia etmişdi.

Yenisabah.az xəbər verir ki, o, qardaşının agenti olması ilə yanaşı, həm də UEFA-nın əməkdaşıdır.

Avropanın ali futbol qurumunun işçisinin davranışları ilə bağlı AFFA UEFA-ya müraciət etmişdi. Onların cəzalanıb-cəzalanmadığı ilə bağlı isə hələ də məlumat yoxdu.

Məsələyə aydınlıq gətirmək üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik (Futbol+):

“Monikaya xəbərdarlıq olunmuşdu və o, paylaşımlarını silmişdi. Henrixin məsələsi ilə bağlı isə qərar yoxdu”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər