“UFC Fight Night Baku”: Fərman Həsənov amerikalı rəqibini məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“UFC Fight Night Baku”: Fərman Həsənov amerikalı rəqibini məğlub etdi

İdman

27 İyun 2026 20:10 90


Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb.

"Yeni Sabah" xəbər verir ki, yarımorta çəki dərəcəsində təmsilçimiz Fərman Həsənov (77.33 kq) ABŞ təmsilçisi Erik Nolanla (77.33 kq) qarşılaşıb.

O, ABŞ-dən olan rəqibinə hakimlərin yekdil qərarı nəticəsində qalib gəlib. Dominos pizza

Qeyd edək ki, daha əvvəl təmsilçimiz Tahir Abdullayev Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Əlavə olaraq azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamil ilə münasibətlərə aydınlıq gətirəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!