UFC: Konor Makqreqorun qayıdışı uğursuz oldu

saytların hazırlanması

Evə çatdırılma

UFC: Konor Makqreqorun qayıdışı uğursuz oldu

İdman

12 İyul 2026 10:05 83


UFC 329 turnirində Konor Makqreqorla Maks Hollouey arasında keçirilən döyüş gözlənilmədən çox erkən başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, uzun fasilədən sonra oktaqona qayıdan irlandiyalı döyüşçü qarşılaşmanın elə ilk saniyələrində ayağından zədələnib.

Makqreqor yüksək təpik zərbəsi vurmağa çalışarkən uğursuz şəkildə yerə yıxılıb. Ayağa qalxdıqdan sonra yenidən tarazlığını itirən 37 yaşlı idmançı döyüşü davam etdirə bilməyib. Hollouey rəqibinin zədələndiyini görərək hakimə işarə edib. Marqarita pizza

Bundan sonra qarşılaşma 1-ci dəqiqədə dayandırılıb və Maks Hollouey texniki nokautla qalib elan olunub. Təkrar görüntülərdə Makqreqorun ilk təpik cəhdi zamanı ayağından zədələndiyi görünür.

Bu, Konor Makqreqorun 5 illik fasilədən sonra ilk döyüşü idi. Onun zədəsinin ağırlıq dərəcəsi hələlik açıqlanmayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!