Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıdı

Dünya

07 Oktyabr 2022 17:46 1078


Ukrayna Rusiyanın Kuril adalarını rəsmən Yaponiya ərazisi kimi tanıyıb.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, qərarı Ali Radanın 287 deputatı dəstəkləyib.

Ukrayna parlamenti həmçinin beynəlxalq ictimaiyyəti Yaponiyanın şimal ərazilərinin hüquqi statusu ilə bağlı tədbirləri davam etdirməyə çağırıb. Dominos pizza

Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan, yəni Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə rəsmi Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!