Ukrayna MN: “İtkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna MN: “İtkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır“

Dünya

26 İyun 2023 12:04 510


"Ötən həftənin yekunlarına əsasən, itkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır". 

“Report” xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

Son həftədə Ukrayna Silahlı Qüvvələrinin cəbhənin cənub və şərq istiqamətlərində irəlilədiyini qeyd edən nazir müavini bu müddət ərzində Rusiyanın 17 zenit-raket kompleksinin məhv edildiyini bildirib. Toyuqlu pizza

O, bundan başqa düşmənin 11 komanda məntəqəsinin və 7 sursat anbarının vurulduğunu, eləcə də yüzlərlə texnikasının, tank, helikopter və artilleriya sistemlərinin məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!