Ukrayna Rusiya qoşunlarını Baxmut ətrafında sıxışdırıb

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiya qoşunlarını Baxmut ətrafında sıxışdırıb

Dünya

25 İyul 2023 12:11 730


Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləməkdə davam edir. 

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının nümayəndəsi Andrey Kovalyovun bəyanatına istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Andreyevka rayonunda yerləşən mövqelərindən geri çəkilməyə məcbur olub. Sezar pizza

Onun sözlərinə görə, Ukrayna qoşunları Baxmut şəhərinin şimal və cənub istiqamətlərində hücum əməliyyatlarını davam etdirir.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) da bu məlumatı təsdiq edib. Ukrayna SQ son bir həftə ərzində bu istiqamətdə 4 kvadratkilometr ərazini azad edib.

Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün ərzində 35-dən çox toqquşma baş verib, Ukrayna qoşunları düşmənin 9 artilleriya vasitəsini vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!