Taxıl daşıyan ilk gəmi bu gün Ukraynanın Odessa limanından yola düşəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki,Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın daha əvvəl Ukraynadan taxıl daşınması avqustun 1-dən başlaya biləcəyini demişdi. Onun sözlərinə görə, yükləmə artıq başa çatıb. İstanbuldakı koordinasiya mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək taxılla gəminin keçidini izləyəcəklər. pizza sifarişi
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla, 3 limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Telegram kanalımız