Ukraynalı müğənni Ərdoğana müraciət etdi: “ “Uşaqlar 61 gündür günəşi görmür“

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı müğənni Ərdoğana müraciət etdi: “ “Uşaqlar 61 gündür günəşi görmür“

Şou

26 Aprel 2022 18:00 658


Ukraynalı müğənni Olya Polyakova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Yenisabah.az xəbər verir ki, ifaçı Ərdoğandan insanların Mariupoldan çıxarılması üçün dəniz dəhlizi açmağı xahiş edib. Olyanın müraciəti “Şaxtyor” və “Antalyaspor” klubları arasında Türkiyədə keçirilən xeyriyyə futbol matçından sonra “Freedom” telekanalında yayımlanıb.

O.Polyakova Türkiyə prezidentinə müraciətində qeyd edib: pizza mizza

“Azovstal polad zavodunu götürək. Hamımız gördük ki, orada nə qədər adam var. Orada 1000 nəfər və çoxlu uşaq var. Bu uşaqlar 61 gündür günəşi görmürlər. Təsəvvür edirsinizmi, 61 gün insanlar zirzəmilərdə otururlar? Yerli hökumətə və şəxsən Ərdoğana müraciət etmək istəyirəm ki, dəniz dəhlizi açsın. O, Mariupol sakinlərini və onun müdafiəçilərini xilas edə bilər. Ona görə də sizdən xahiş edirəm ki, işğalçıya öz təsir imkanlarınızdan istifadə edəsiniz və xilas üçün böyük və çox vacib bir missiya həyata keçirəsiniz”.

Qeyd edək ki, Olya xeyriyyə matçında Ukrayna himnini ifa edib.\Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!