Ulduz müğənni yeni biznesi ilə hər kəsi təəccübləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Ulduz müğənni yeni biznesi ilə hər kəsi təəccübləndirdi

Şou

30 Dekabr 2020 10:30 985


Türkiyəli müğənni Yıldız Tilbe yeni biznesə başlamağa qərar verib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pandemiya dövründə Kuşadasındakı ferma ərazisində məskunlaşan Yıldız Tilbe özü hazırladığı süd məhsulları bəyənildikdən sonra müqavilə imzalayıb. 

Yıldız Tilbe indiyə qədər təsərrüfatından qazandığı pulla Kuşadasının müxtəlif bölgələrindən sahələr alıb və Yaylaköydə böyük bir ferma qurub. Dominos pizza

Əvvəlcə süd məhsullarını qohumlarına, tanışlarına paylayan müğənniyə şirkətlərin birindən gözlənilmədən təklif gəlib. Təklifi qəbul edən ifaçının adını daşıyan pendir və süd məhsullarının yazda satışa çıxarılacağı bildirilir.

Qeyd edək ki, bu hadisədən sonra Kuşadasındakı əmlak agentlikləri  Yıldız Tilbenin fermasına yaxın olan evləri iki qat baha satmağa başlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!