Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Ümid edirik ki, tam qapanmaya ehtiyac yaranmayacaq” - ÜST rəsmisi
07 Dek 2020 17:38
905

“Ümid edirik ki, tam qapanmaya ehtiyac yaranmayacaq” - ÜST rəsmisi

"Hazırda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yanaşmalardan istifadə olunur".

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır:

"Ən vacib qabaqlayıcı tədbir əl və tənəffüs gigiyenası qaydalarına riayət etmək (müvafiq olaraq maska taxmaq da daxil olmaqla), digər insanlarla məsafə saxlamaq və müntəzəm olaraq qapalı yerləri havalandırmaqdır. Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və tam qapanmaya getməyə ehtiyac yaranmayacaq". (Trend)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər