Unibank depozit kampaniyasının müddətini daha 2 ay uzadıb.
“Yeni Sabah” xəbər verir ki, hər kəs öz pulunu banka daha yüksək faizlə yerləşdirsin deyə, Unibank depozit kampaniyasının müddətini daha iki ay uzadıb. Kampaniya müddətində qoyulan depozitlərə, Unibank əlavə 3% hədiyyə edir. Martın sonunadək davam edən kampaniyada öz manat vəsaitlərinizi çox yüksək faizlə banka etibar edə bilərsiniz. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 13%-ə, “Yığım” depozitinin faiz dərəcəsi isə illik 11%-ə yüksəlib.
Əgər faizləri depozit hesabı açan gün götürmək istəyirsinizsə, bankın manat valyutasında “Faizlər əvvəlcədən” adlı əmanət növündən istifadə edə bilərsiniz. Əmanətin illik faiz dərəcəsi 9%-dir. pizza sifarişi
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.
Telegram kanalımız