“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.
Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
“Yeni Sabah” xəbər verir ki, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub. Marqarita pizza
Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.
Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.
HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.
Ətraflı məlumat veriləcək.
Telegram kanalımız