“Uşaq vaxtı Şuşaya gedirdik, mənə göz dəymişdi“ - Nura

saytların hazırlanması

Evə çatdırılma

“Uşaq vaxtı Şuşaya gedirdik, mənə göz dəymişdi“ - Nura

Şou

07 Avqust 2022 09:31 1112


"İlk dəfə anamın qucağında, 5-6 aylıq olanda Şuşada olmuşam. Sonra hər il 3 yaşıma kimi gedib-gəlirmişik".

Yenisabah.az axşam-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosisal media hesabında yazıb.  

"Rəvayət kimi görünsə də, olmuş hadisədir. Toppuş, ağappaq uşaq olmuşam, qonşu gəlib anama kömək etməyə, məni çimizdirəndə deyib ki, çox gözəldir, çox şirindir və s. Gecə başımda 6 çiban çıxıb. Anam deyir həkimə apardıq, dərman kömək etmədi. Qucaqda yatırmışam. Başımda çıxan çibanlar ağrılı imiş. Marqarita pizza

Anam deyir, gözə oxşayırdı, ağ, ortası da qara. Hər il eyni vaxtda çıxırmış. Buna görə də havamı dəyişim deyə, Şuşaya aparırmışlar. 20 gün, 1 ay orda qalırdıq. 3-cü ili ora gedəndə laçınlı bir qadın anamdan soruşur ki, bu uşaq niyə ağlayır, niyə qucaqdan düşmür. Anam danışıb o qadına məsələni. O da öz uşağının boynundan bir tilsim çıxarıb, taxıb mənim boynuma. Deyib ki, uşağa göz dəyib. Bakıya qayıdanda tilsim boynumda çartlayıb, ikiyə bölünüb və ondan sonra başıma bir də o çibanlar çıxmayıb.

Üstündən illər keçib mən indi gəlib bu yerləri görə bildim. Uşaq vaxtı yadımda qalmayıb. Balaca olmuşam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!