Uşaqlara siqaret satan 4 nəfər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlara siqaret satan 4 nəfər cərimələndi

Kriminal

12 Mart 2019 17:51 876


Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, martın 11-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib. 

Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. ​Bu istiqamətdə reydlər davam etdirilir.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!