Vahid Mustafayev Ağdamda saatqayırma zavodu tikdirir 

saytların hazırlanması

Evə çatdırılma

Vahid Mustafayev Ağdamda saatqayırma zavodu tikdirir 

Sosial

13 Yanvar 2024 13:28 2636


İşğaldan azad olunmuş Ağdam şəhərində “VMF” markalı saatlar istehsal edəcək zavod açılacaq. 

Yenisabah.az xəbər verir ki, bunu 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən “VMF” saatqayırma fabrikinin sahibi Vahid Mustafayev bildirib. 

“Hazırda həyatımdakı ən başlıca arzularımdan birini həyata keçirməklə - Ağdamda saat zavodunun tikintisi məsələləri ilə məşğulam. İşğaldan azad edilmiş torpaqlarımızın inkişafı üçün əlindən gələni edən ilk şəxslərdən biri olmağımla hədsiz qürur duyuram”, - V.Mustafayev deyib.  pizza

Qeyd edək ki, V.Mustafayev fəaliyyəti dayandırılmış ANS teleşirkətinin rəhbəridir. 

V.Mustafayevin sahibi olduğu ANS telekanalının yayımı 18 iyul 2016-cı il tarixindən dayandırılıb, ANS ÇM radiosunun lisenziyası isə ləğv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!