Eks-nazirlər XİN-də bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Eks-nazirlər XİN-də bir araya gəldi

Dünya

10 Noyabr 2022 09:45 851


İranın xarici işlər naziri keçmiş XİN rəhbərləri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, Hüseyn Əmir-Abdullahian bu barədə "Twitter" hesabında məlumat yayıb.

"Bu gün qardaşlarım, İran İslam Respublikasının keçmiş xarici işlər nazirləri cənab Xərrazi, Mottəki, Salehi və Zərifi dostluq görüşünə qonaq çağırdım. pizza hut

Kollektiv müdrikliyə arxalanaraq, millətin ali maraqlarının reallaşdırılmasında diplomatik sistemin məqsədlərini səmərəli şəkildə həyata keçirmək əzmindəyik.

Doktor Vilayətinin bacısının vəfatı ilə bağlı kədərini biz də bölüşürük".

Bu tvitlə bərabər nazir səhifəsində foto yerləşdirib. Fotoda bir kürsünün boş qaldığı görünür. Bu, keçmiş XİN rəhbəri Əli Əkbər Vilayətinin yeridir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!