Rusiyada “Vostok-2022” strateji hərbi təlimi başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Vostok-2022” təlimində Rusiya, Çin, Hindistan və Azərbaycan da daxil olmaqla, 14 ölkədən əsgər və hərbi müşahidəçilər iştirak edir. Dördpendirli pizza
Rusiyanın 7 poliqonunda, Oxot dənizi və dəniz sularında keçirilən təlimə 50 mindən çox əsgər və 140 təyyarə və 60 döyüş gəmisi də daxil olmaqla, 5 mindən çox silah və hərbi texnika cəlb olunub.
Ölkənin şərq regionunda sülhün qorunması və hərbi təhlükəsizliyin təmin edilməsi məqsədlərinə yönələn təlim Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi altında keçirilir.
Təlim sentyabrın 7-dək davam edəcək.
Telegram kanalımız