Vuçişdən dünyaya sərt mesaj: “Beynəlxalq sistem çöküb”

saytların hazırlanması

Evə çatdırılma

Vuçişdən dünyaya sərt mesaj: “Beynəlxalq sistem çöküb”

Dünya

24 Sentyabr 2026 07:50 79


Dünyada güc balansı dəyişir. Serbiya Prezidenti Aleksandar Vuçiş beynəlxalq münasibətlərdə əvvəlki qaydaların artıq işləmədiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, Vuçiş bu barədə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı danışıb. Serbiya lideri bildirib ki, dünyada mühüm siyasi, iqtisadi, hərbi və texnoloji imkanlara malik regional güclərin sayı artır. Onun sözlərinə görə, bu ölkələr öz bölgələrinə təsir göstərməyə və qlobal prosesləri öz maraqlarına uyğun formalaşdırmağa çalışırlar. Vuçiş dünyada gücün daha mürəkkəb və əvvəlkindən daha az proqnozlaşdırılan şəkildə bölündüyünü deyib. O, mümkün qarşıdurma riskinin son onilliklərlə müqayisədə artdığını vurğulayıb.

Serbiya Prezidenti qeyd edib ki, qarşıdurmalar artıq yalnız dövlətlər arasında silahlı müharibələrlə məhdudlaşmır. İqtisadi təzyiq, texnologiyaya çıxışın məhdudlaşdırılması, resurs və bazar uğrunda rəqabət, kiberhücumlar, yanlış məlumatların yayılması və digər ölkələrin cəmiyyətlərinə təsir göstərmək cəhdləri də bu qarşıdurmanın formalarıdır. Vuçiş Ukraynadakı müharibə fonunda beynəlxalq hüquqa riayət olunmasına çağırış edən bəzi ölkələri ikili yanaşmada ittiham edib. O bildirib ki, həmin dövlətlərin bir qismi keçmişdə BMT Nizamnaməsinin prinsiplərini pozub, indi isə bu prinsiplərə qayıtmağın vacibliyindən danışır. Marqarita pizza

Serbiya lideri ölkəsinin Avropa İttifaqına tam üzvlüyünü strateji prioritet olaraq saxladığını da bildirib. Bununla yanaşı, bəzi Aİ üzvü və namizəd ölkələrdə genişlənməyə marağın azalmasını nəzərə almağın vacib olduğunu deyib. Vuçiş BMT Təhlükəsizlik Şurasının bir sıra böhranlar zamanı qərar qəbul etməkdə çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, təşkilatın digər strukturları da maliyyə problemləri, bürokratiya və üzv dövlətlərin daha konkret nəticələr gözləməsi ilə üzləşir.

Bununla belə, Serbiya Prezidenti BMT-yə ehtiyacın azalmadığını, əksinə, təşkilata əvvəlkindən daha çox ehtiyac olduğunu vurğulayıb. “Bildiyimiz beynəlxalq sistem çöküb, artıq mövcud deyil”, - deyə Vuçiş bildirib.

Onun sözlərinə görə, hazırda dünyada iki əsas güc mərkəzi və onların ətrafında formalaşan güclü regional aktorların olduğu yeni bir düzən yaranır. O, qeyd edib ki, dövlətlər son 80 ildə yalnız ortaq maraqlara görə deyil, mübahisələri silah yolu ilə həll etməyin çox baha başa gəldiyini anladıqları üçün BMT çərçivəsində bir araya gəliblər.

Serbiya Prezidenti ölkəsinin qonşuları ilə sülhü qorumağa, beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə, təhlükə qarşısında olan ölkələrə yardım göstərməyə və fikir ayrılığı olan tərəflərlə dialoqu davam etdirməyə çalışdığını bildirib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!