“Xahiş edirəm, bir az ayıq olun” - Xatirə xanımlara müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

“Xahiş edirəm, bir az ayıq olun” - Xatirə xanımlara müraciət etdi

Şou

30 Mart 2019 16:42 844


"Bir çox səhifələr var ki, şəklimi böyüdüb paylaşır və xanımlarımı aldadır. Xahiş edirəm, bir az ayıq olun”.

“Yeni Sabah”ın məlumatına görə, bunu müğənni Xatirə İslam deyib. O bildirib ki, bir çox arıqlama məhsulları satan şirkətlər onun fotolarından istifadə edir:

“Arıqlamaq üçün heç bir dərmandan və çaydan istifadə etməmişəm. Hamı bilir ki, liposaksiya əməliyyatı etdirmişəm, dərman içməmişəm. Ola bilər səhifəmdə hansısa məhsulu reklam edim, amma istifadə etmirəm. Məhsulu satmaq üçün şəklimi yerləşdirib "Xatirə İslam bu boyda idi, biz arıqlatdıq" yazanlarla bağlı tədbir görüləcək. Kompleksli deyiləm, insan kök də olar, arıqlayar da. Amma adamın şəklini o hala salıb, pul qazanmaq məqsədilə biz arıqlatdıq demək olmaz. Tez bir zamanda bununla bağlı tədbir görüləcək". Sezar pizza

Qeyd edək ki, Xatirə bir neçə ay əvvəl plastik əməliyyat etdirərək, artıq piylərdən azad olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!