Xalq artisti: “Azərbaycanca bilməməyim nöqsanımdır”

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: “Azərbaycanca bilməməyim nöqsanımdır”

Şou

29 Aprel 2024 14:55 661


Xalq artisti Emin Ağalarov ilk dəfə Azərbaycan dilində danışa bilməməyi haqda açıqlama verib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu mövzu ilə bağlı sənətçinin “Persona” verilişinə masahibəsi zamanı aparıcı Nicat Xəlilov söz açıb.

O deyib: “Mən indi azərbaycanca danışsam, yəqin ki, siz məni başa düşərsiniz”, - deyə, Azərbaycan dilində bildirib. Dominos pizza

Emin isə çətinliklə anladığını qeyd edib:

“Çox çətinliklə başa düşürəm. Anlayıram ki, bu, mənim nöqsanımdır. Hərdən güzgüyə baxanda bunu özümə də deyirəm. Belə alınıb ki, 3 yaşım olanda valideynlərim Moskvaya köçüblər. Bütün ömrümü Azərbaycandan kənarda yaşamışam. Uşaq əsas dilini evdəki danışıqdan götürür. Bizim evdə rusca danışırdılar.

Biz sovet dövrünün törəmələriyik. Rus dili onda dominant idi. Mən əcnəbi dilləri öyrəndiyim üçün belə alındı ki, Azərbaycan dilini öyrənmədim. İndi bildiklərimlə kifayətlənməli oluram. Azərbaycan dilini öyrənmək planımda həmişə olub. Mütəmadi olaraq söz bazamı artırıram. Bunun üçün oturub bu işlə məşğul olmalısan. Mənim çoxlu müxtəlif işlərim olduğuna görə hər şeyə gücüm və vaxtım qalmır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!