Xəstəxanaya yerləşdirilən Xalq artistinin başına   NƏLƏR GƏLDİ? - ŞOK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanaya yerləşdirilən Xalq artistinin başına NƏLƏR GƏLDİ? - ŞOK AÇIQLAMA

Şou

08 Oktyabr 2026 13:09 699


Sentyabrın 29-da Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müalicəsini hazırda evdə davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Xalq artisti özü məlumat verib. O, xəstəxanada aldığı müalicənin səhhətinə müsbət təsir etmədiyini bildirib.

“Səhhətim belə də, yaxşıyam demək olmaz. Mənim həkimim Almaniyada yaşayır və işləyir. O gün özü ilə danışdım. İki gün əvvəl xəstəxanadan çıxdım, evə gəldim. Amma bu gün yenidən Bakı Sağlamlıq Mərkəzinə getmişdim. Heç bir kömək olmadı, xeyri olmadı. Başımda səs-küy var. Müalicə də xeyir etmədi deyə çıxıb evə gəldim. Hazırda ev şəraitində dərman qəbul edirəm. Əsəblərim tamamilə pozulub. Şəraitim yoxdur, güzəranım yoxdur. Ailə də hər dəfə kömək edə bilmir. Hər şey, hər kəs məni əsəbiləşdirir. Qalmışam belə havada. Xəstəxanada da qala bilmədim, çünki heç bir xeyrini görmədim, ziyanından başqa”, - deyə o bildirib. pizza sifarişi

Şeyx Əbdül həkimlərin səhhəti ilə bağlı fərqli fikirlər səsləndirdiyini də qeyd edib:

“Həkimlərin hərəsi bir söz deyir. Bilmirəm, kimə inanım. Parkinson xəstəliyindən əziyyət çəkirəm. Bronxlarımda reflüks var, mədə ilə bronxun arasında. Ondan sonra prostatdan əziyyət çəkirəm. Hansı ki, biri-birinə əks olan xəstəliklərdir. Sistem qoyurlar, böyrək əldən gedir, qoymurlar, bronx əldən gedir. Dərmana, iynəyə oturmuşam, daha xeyri də yoxdur. Yaxın gələn də yoxdur”.

Xalq artisti yaşadığı binadakı vəziyyətin də onu narahat etdiyini deyib:

“Üzbəüz mənzilə yeni, uşaqlı qonşu köçüb. Lifti hər gün xarab edirlər, 9-cu mərtəbədən düşüb-çıxmaq olmur. Bütün bloku zibilləyirlər. Gördüyüm hər şey məni əsəbləşdirir”.

Qeyd edək ki, bir müddət əvvəl Şeyx Əbdül Mahmudbəyovun səhhətində problemlər yaranmışdı. Özəl xəstəxanalardan birinə yerləşdirilən aktyor əməliyyat olunmuşdu.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!