Xalq artisti Nardaranda daha bir bina tikir

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Nardaranda daha bir bina tikir

Sosial

30 İyun 2023 15:53 61889


Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Nardaranda, "Sea Breeze" istirahət zonasının ərazisində yaşayış binasının tikintisinə icazə verib.

Yenisabah.az Yeniavaz-a istinadla xəbər verir ki, ümumi sahəsi 13 min 365,86 kv. metr olacaq bina 8 mərtəbəli olacaq. Binada ümumilikdə 112 otaq olacaq.

Məlumat üçün bildirək ki, "Sea Breeze" istirahət zonasının ərazisində daha əvvəl də bir neçə 8 mərtəbəli yaşayış binası inşa olunub. Sezar pizza

“Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!