İşğaldan azad edilmiş ərazilərimizi həmişə televiziya qarşısında oturub izləyib, ordumuza, əsgərlərimizə güc-qüvvət diləyirdik. Biz Şuşaya səfər etdik. Hər şeyi öz gözlərimizlə gördük. Gördük ki, mənfur düşmənlərimiz necə xəndəklər qazmışdılar, necə müdafiə olunurdular, 30 ildə necə hazırlaşmışdılar müharibəyə. Bu zaman ürəklərimizdən qan axdı ki, görün əsgərlərimiz o postları necə qəhrəmanlıqla, çətinliklə dağıdıblar”
Yenisabah.az xəbər verir ki, bunu Şuşaya səfər edən Xalq artisti Alim Qasımov deyib. Sənətkar Şuşada olarkən tamam fərqli hisslər yaşadığını deyib.
“Bundan sonra biz bildik ki, müharibə nədir. Şuşanı ziyarət edib, məscidində namazımızı qıldıq. Biz ora konsert üçün getməmişdik. Əsgərlərimizi sevindirdik, onlarla söhbətlər etdik. Şəhidlərimiz üçün dua edib, onlara fatihə oxuduq. Bilirəm ki, bütün xalqımızın arzusudur ki, işğaldan azad olunmuş əraziləri gəzsin. İnanırıq ki, cənab prezidentimiz o yerləri yenidən abadlaşdıracaq, yeni yollar çəkdirəcək. Bir daha Allahdan əsgərlərimizə can sağlığı arzu edirəm, ölkə başçısına da təşəkkür edirəm ki, bu hissləri bizə yaşatdı” - deyə Alim Qasımov bildirib. (Moderator.az) pizza sifarişi
Telegram kanalımız