Xamenei 7 saat sonra ortaya çıxdı - Pezeşkian görüşün detallarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Xamenei 7 saat sonra ortaya çıxdı - Pezeşkian görüşün detallarını açıqladı

Dünya

10 Avqust 2026 20:50 402


İran Prezidenti Məsud Pezeşkian ölkənin dini lideri Müctəda Xamenei ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, Pezeşkian görüşün 7 saat davam etdiyini və ölkənin bütün əsas məsələlərinin müzakirə olunduğunu bildirib. İran mətbuatına danışan Pezeşkian deyib ki, görüş zamanı əhalinin yaşayış şəraiti, bazardakı vəziyyət, məşğulluq, mənzil məsələsi, sanksiyalar, ölkənin mövqeyini qoruması, xalqın dəstəyi, birlik və həmrəylik müzakirə edilib.

Prezident görüşü müsbət və səmərəli adlandırıb. Onun sözlərinə görə, müzakirələrin əsas mövzularından biri ABŞ-la müharibənin nəticələri olub. Pezeşkian bildirib ki, Xameneinin əsas prioriteti ölkə daxilində birliyin qorunmasıdır. pizza sifarişi

İran mətbuatı səhhəti ilə bağlı müxtəlif iddialar yayılan və uzun müddət ictimaiyyət qarşısında görünməyən Müctəda Xameneinin yeni görüntülərini də yayıb.

“Mehr” xəbər agentliyinin yaydığı 13 saniyəlik görüntüdə Xameneinin dərs dediyi anlar əks olunub. Görüntülərin nə vaxt və harada çəkildiyi açıqlanmayıb.

Görüntülərin Pezeşkianla görüş barədə məlumatın yayılmasından qısa müddət sonra yayımlanması diqqət çəkib.

Xameneinin səhhəti ilə bağlı nə məlumdur?

İranda 28 fevralda İsrail və ABŞ-ın həyata keçirdiyi hücumlar zamanı dini lider Əli Xameneinin öldürülməsindən sonra onun oğlu Müctəda Xamenei dini lider seçilib.

Bundan sonra Müctəda Xameneinin səhhəti ilə bağlı müxtəlif iddialar yayılıb. İran tərəfi may ayında onun hücumlar zamanı yaralandığını təsdiqləyib.

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, Xameneinin üz, baş və ayaq nahiyələrində səthi xəsarətlər olub. Onun sözlərinə görə, yaralanma ciddi fəsadlara və ya hər hansı əzanın itirilməsinə səbəb olmayıb.

Kermanpur Xameneinin hadisə günü yerli vaxtla saat 13:00 radələrində xəstəxanaya çatdırıldığını, bir-iki tikişdən başqa xüsusi tibbi müdaxiləyə ehtiyac olmadığını açıqlayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!