Xatirə İslam səhhətindən danışdı:   “Bu mənim son şansımdır“

saytların hazırlanması

Evə çatdırılma

Xatirə İslam səhhətindən danışdı: “Bu mənim son şansımdır“

Şou

20 May 2021 12:53 1794


Uzun müddətdir efirlərdə görünməyən Xatirə İslam ATV kanalında yayımlanan “Günün sədası” verilişinin qonağı olub.

Yenisabah.az xəbər verir ki, müğənnin aparıcı Nanə Ağamalıyevanın “Səhnəyə nə vaxt qayıdırsan?” sualına verdiyi cavab müzakirələrə səbəb olub. Belə ki, Xatirə İslam  övlad sahibi olmaq üçün müalicə aldığını və bu arzusuna çatdıqdan sonra efirə dönəcəyini vurğulayıb:

“İnşallah, ana olandan sonra səhnəyə qayıdacam. Həm səhhətim, həm də yaşımla bağlı olaraq bu həkim mənim son şansımdır. İnşallah, qismət olsa, ana olduqdan soonra, sən məni istədiyin kimi görəcəksən”. Pepperoni pizza

Xatırladaq ki, Xatirə İslam bir müddət əvvəl televiziyada yayımlanan bütün sponsorlu verilişlərə qonorar qarşılığında çıxacağını deyərək gündəmə gəlmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!