Müğənni Xatirə İslam fotoşop iddialarına cavab verib.
Yenisabah.az xəbər verir ki, çəkdirdiyi şəkillərə fotoşop etdiyini yazanlar ifaçını özündən çıxarıb.
“Qarşıma bir səhifə çıxdı, mənim şəklimi paylaşaraq yazıblar ki, Xatirə İslamın fotoşoplu şəkli müzakirə olundu. O şəkildə heç bir fotoşop yoxdur. Əvvəla, mən fotoşopla bədən düzəldə bilmirəm, o bacarığım yoxdur. İkincisi, əgər fotoşop etsəydim, qolumu düzəldərdim, çünki həmin şəkildə qolum çox böyük düşüb. Dördpendirli pizza
Haqqıma çox girirsiniz! Amma bir tərəfdən də yaxşıdır, gör şəkildə necə maraqlı düşmüşəm ki, elə bilmisiniz fotoşopdur. Vallah-billah, Allah haqqı, heç bir fotoşop etməmişəm, nədirsə, odur”.
Telegram kanalımız