Xatirəni belə pərt etdilər - Nazilə Səfərli  AÇIQLADI
26 Okt 2020 18:15
3564

Xatirəni belə pərt etdilər - Nazilə Səfərli AÇIQLADI

Tanınmış teleaparıcı şairə Nazilə Səfərli bölgələrdən birində müğənni Xatirə İslamla qonaq olarkən başlarına gələn məzəli əhvalatı danışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə yazan şairə sənətçinin özü də bilmədən məzar daşı üçün şəkil çəkdirmək istədiyini bildirib:

“Deməli, Borçalının Baş Keçid mahalına Xatirə İslamla qonaq getmişdik. Ev sahibinin rəssam olduğunu öyrənən Xatirə xanım sevincək “Mənim də şəklimi çəkin” dedi. Rəssam İnşallah deyib mövzudan uzaqlaşmağa çalışdı. Bir az keçmiş Xatirə yenə şəkil çəkmək mövzusuna qayıtdı. Adam üzündəki üzgün nəzakət ifadəsi ilə “xanım, vaxtı gələr çəkərik” deyib yenə mövzunu dəyişməyə çalışsa da, Xatirə ərkyana, kinayəli tərzdə “Rəssam üçün şəkil çəkməyə vaxt gəlməlidir?” deyib, ev sahibini utandırdı. Məcburiyyət qarşısında qalan rəssam “Bəli Xatirə xanım, vaxtı gəlməlidir, hələ tələsməyin, çünki mən başdaşı rəssamıyam” dedi”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər