“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova 

saytların hazırlanması

Evə çatdırılma

“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova 

Mədəniyyət

09 May 2024 12:47 24935


Azərbaycan Prezidenti İlham Əliyev bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb. 

Prezident təqaüdü alan şəxlər arasında olan əməkdar artist Mehriban Xanlarovadır.

O, öz təəssüratlarına Modern.az-a bölüşüb. Pepperoni pizza

“Xəbəri gözyaşları ilə qarşıladım. Bu xəbər məni sevindirdiyi kimi, həm də ağlatdı. Cənab Prezidentimizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Ona can sağlığı arzu edirəm. Xəbəri eşidəndən ağlayıram. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm. Bizim sənətimizə ümumiyyətlə incəsənətə, əməyə qiymət verilməsi  onu dəyərlənirilməsi böyük işdir. Eyni zamanda bizim üçün məsuliyyətdir. İncəsənət xadimlərinin yaradıcılıqlarına böyük bir stimul verən hadisədir. Təbrik edən, əziz bilən hər kəs sağ olsun. Bir daha cənab Prezidentə daima mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”, - Mehriban Xanlarova deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!